Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

3 tonluq heroin dövlət qurumlarını üz-üzə qoydu

Dövlət Sərhəd Xidməti sərhəddən 3 ton narkotik vasitənin keçirilməsindən xəbərsizdir

Dövlət Sərhəd Xidməti Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etmir.

DSX mətbuat xidmətinn rəhbəri Elxan Nağıyev Turan-a bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda Gürcüstan hüquq- mühafizə orqanları bizə müraciət etməyiblər”, - o məlumatı inkar edib.

Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin mövqeyini öyrənmək istədikdə İctimaiyyətlə Əlaqələr Mərkəzi Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.



Daxili İşlər Nazirliyi, Baş Prokurorluq , Dövlət Gömrük Komitəsi də bir- birinə “ötür-ötür əməliyyatı” edərək şərh vermək istəməyiblər.

Qeyd edək ki, iyulun11-də Gürcüstan DİN mətbuat mərkəzi bildirib ki, Azərbaycandan Gürcüstana gedən yük avtomobilində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Bu həcmdə narkotik vasitənin götürülməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80% təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”, - DİN qeyd edib./contact/
1146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28