Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Bu gün payız əsl üzünü göstərəcək

Bu gündən Azərbaycan ərazisində küləkli, yağışlı, soyuq hava şəraiti proqnozlaşdırılır. Milli Hidrometeorologiya Departamentinin verdiyi xəbərə görə, oktyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək, axşam isə 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın aуп-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, bu gün şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
1702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27