Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Mövsüm Səmədov bəyanat verdi

Vəkil Anar Qasımlı Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovla görüşüb. İslamçı lider bir neçə gündür İsrailin Qəzzanı bombalaması nəticəsində dinc əhalinin, xüsusən, qadın, qoca və uşaqların kütləvi ölümünə kəskin etiraz bildirən bəyanat verib.

İslaminsesi.az-a danışan vəkil bildirib ki, partiya sədrinin bəyanatında sionistlərin cinayətləri pislənilir, cəmiyyətin bu vəhşiliyə seyrçi qalmamasına və xalqın öz etiraz səsini ucaltmasına çağırış edilir:


“Təəssüflər olsun ki, bir həftəyə yaxındır məzlum fələstin xalqına qarşı baş verən təcavüzə son verilməyib, dinc insanların qətliamı bu gün də davam edir. Beynəlxalq təşkilatlar buna formal olaraq, öz etirazlarını bildirməklə kifayətlənirlər. Biz birmənalı olaraq, bilməliyik ki, Fələstin və Qarabağ kimi təcavüzlərə öz etirazlarımızı ciddi şəkildə bildirməsək, Əfqanıstan, Suriya, İraq kimi sionizmin hiyləsi ilə yaranan iğtişaşlar heç vaxt bitməyəcək. Biz Azərbaycanda olan bütün ictimai-siyasi təşkilatları fələstinli müsəlmanlara qarşı zülmə laqeyd qalmamağa, öz etirazların bildirməyə dəvət edirik.”
1691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...