Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2014

Ermənilər daha bir azərbaycanlı girovun fotosunu yaydı

Erməni tərəfi girov götürdüyü daha bir azərbaycanlının fotosunu yayıb. musavat.com-un 1in.am-a istinadən yaydığı xəbərə görə, guya bu gün günorta işğal altında olan Kəlbəcər rayonunda “erməni qüvvələri ikinci bir diversantı da zərərsizləşdiriblər”.

Şəkildən mülki şəxs olduğu aydın görünən, təxminən 50 yaşında olan şəxsin fiziki qüvvə tətbiq edilmədən mühasirəyə alınaraq ələ keçirildiyi deyilir. Onun ad-soyadı açıqlanmır.

Xatırladaq ki, az öncə erməni tərəfi Şahbaz Quliyev adlı azərbaycanlı “diversant”ın tutulduğunu elan eləmişdi.
1144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber