Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Rusiyada məmurlara xarici avtomobillər almaq yasaqlandı

Rusiyanın baş naziri Dmitri Medvedev dövlətin xarici ölkələrdə istehsal olunan avtomobillərin alınmasını yasaqlayan qərarı imzalayıb.

“BBC”-nin məlumatına görə, Medvedev bildirib ki, bu tədbir bazarda tarazlığın yaranmasına yardım edəcək.

“Qərar yalnız vəzifəli şəxslər, məmurlara aid deyil, bu sənəd ictimai nəqliyyat, ekstremal xidmət, büdcə təşkilatlarına, o cümlədə kommunal təsərrüfatı, inşaat, habelə bir sıra sahələrə şamil edilir”-deyə,o, vurğulayıb.

Mənbə bildirib ki, müxalifət və blogerlər dövlət büdcəsi hesabına məmurların xaricdə istehsal olunan bahalı avtomobillərə minməsini dəfələrlə tənqid ediblər. Bundan başqa dövlət məmurları üçün avtomobillərin qiymətinə məhdudiyyətin qoyulması məsələsi də ölkədə geniş şəkildə müzakirə edilib./lentaz/
1076 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber