Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Qəzzada ölənlərin sayı 180-i ötüb, atəşkəs danışıqları başlayı

İşğalçı İsrail və Fələstin arasında atəşkəslə bağlı danışıqlar başlayıb.

Bu barədə məlumatı İsrail KİV-i yayıb. Tərəflər danışıqlarda bir sıra şərtlər irəli sürüblər.

İşğalçı İsrail HƏMAS-dan 2012-ci ilin noyabrında imzalanmış atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyi tələb edir. Bundan başqa, rəsmi Təl-Əviv HƏMAS-ın tam tərksilah edilməsini, eləcə də, raketlərin buraxılması üçün tunel və şaxtaların məhvini istəyir.

HƏMAS isə “İslami müqavimət hərəkatı”nın bu ilin yayında həbs edilmiş 55 fəalının azadlığa buraxılmasını, Misirlə sərhəddəki Rəfah sərhər keçidinin açılmasını tələb edir.

“Əl Cəzirə” telekanalının məlumatına görə, tərəflər Misirin atəşkəs təklifi ilə bağlı prinsipial razılığa gəliblər və bu gündən atəş dayandırıla bilər.

Son məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 184-ə çatıb. 1385 adamın yaralandığı bildirilir.

İsrail tərəfi isə itkilər haqda məlumat verməkdən yayınır.
1044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber