Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Rusiya qoşunları Ukrayna sərhədində

"Rusiya Ukrayna sərhədində qoşunların sayını artırır. 10-12 min Rusiya əsgəri Ukrayna sərhədi yaxınlığında yerləşdirilib".

Bu barədə adının açıqlanmasını istəməyən NATO nümayəndəsi "Azadlıq Radiosu"na ya müsahibəsində deyib. Onun sözlərinə görə, son həftələr Ukrayna sərhədində Rusiya hərbi birləşmələrində hərəkətlilik müşahidə olunur.

"İyunun ortalarında Rusiya sərhəddə olan 40 min əsgərinin sayının 1000 nəfərə qədər azaltmışdı. Lakin son günlər hərbi birləşmələr yenidən Ukrayna sərhədinə cəmlənir", deyə NATO nümayəndəsi bildirib.

Qeyd edək ki, Ukrayna tərəfi iddia edir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları bu gün Rostov vilayətindən Ukraynaya girəcək.
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı