Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Vasif Talıbov Naxçıvana "85" qadağası qoydu

Maşın sahibi 160 manata nə ala bilər?!

Vasif Talıbovun göstərişi ilə əhalidən yığılan köhnə maşınlar NAZ-da əridilərək istifadə olunacaq; Naxçıvanda yeni marka avtomobil buraxılacaq.

Naxçıvanda buraxılış ili köhnə olan avtomobillərə qadağa qoyulub. Bu barədə göstəriş Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdan gəlib. Naxçıvan sakinlərindən verilən məlumatda deyilir ki, əvvəllər də Vasif Talıbovun belə bir qərarı olub. Taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan maşınlar və motosikletlər yığılıb. Sürücülərə kreditlə hissələri Çindən gətirilərək Naxçıvanda yığılan “Lifan” markalı avtomobillər satılıb.

Hər köhnə maşın gətirən 160 manat alır

Yerli sakinlərin bildirdiyinə görə, əhalidən yalnız ili 1985-ci ilə kimi olan maşınlar yığılır. Naxçıvan şəhərindəki avtomobil zavodunun həyətinə bir xeyli ili köhnə maşın gətirilib. Onların sözlərinə görə, NAZ-da köhnə maşınları qəbul edərkən sənədlərinə mütləq baxılır. Buraxılış ili 85-ci ilə kimidirsə 160 manat verilərək qəbul olunur. Məlumatda qeyd olunur ki, artıq Naxçıvanda bir neçə alverçi kənd-kənd gəzərək ili köhnə avtomobilləri əhalidən yığaraq zavoda satır. Bəziləri isə köhnə avtomobilin müqabilində kəndlilərə eşşək verir. Üstəlik, işlək vəziyyətdə olan maşınların şəhərə çıxmasına da qadağa qoyulub. Naxçıvan polisinə tapşırılıb ki, köhnə maşınları harada görsəniz saxlayıb, cərimə meydançasına aparın./musavat/
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...