Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Məhkəmə hicab məhbuslarının cəzasını dəyişmədi

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində hicab məhbusları Ruhid Abbasov, Ülfət Qasımlı, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun şikayətinə baxılıb.

Vəkil Fariz Namazlı “Media forum” saytına bildirib ki, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayət təmin edilməyib: “Biz şikayətdə təyin olunmuş cəzaların həddən artıq ağır olduğunu, yüngülləşdirici halların nəzərə alınmasını xahiş etmişdik. Məhkəmə istəyimizi qəbul etmədi, verilmiş cəzaları qanuni hesab etdi”.

Nərimanov Rayon Məhkəməsinin 4 iyunda çıxardığı hökmlə Ruhid Abbasov, Dadaş Vəliyev və Səxavət Quliyevin hər biri 2 il, Aydın Məmmədov 2 il 3 ay, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulublar.
2215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51<