Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

İŞİD-Ərdoğan işbirliyi

Suriyada silahlı qarşıdurmalar törədən terrorçular silahları ilə birlikdə Türkiyənin Hatay vilayətindən keçməklə Akçakalədə Suriya sərhədinə qədər MİT (Milli İstihbarat Təşkilatı) ilə aparıldığı, oradan da Suriyaya keçirildiyi iddia edilib.

Türkiyənin “Aydınlıq” qəzeti xəbər verir ki, Baş nazir Ərdoğanın bu hadisənin deşifrə olunmasından narahatlıq keçirdiyi, Suriyaya silah-sursat və terrorçu daşınması mövzusunda sərt tənqid olunduğu bildirilir.

Qeyd edək ki, artıq Türkiyə Prokurorluğu istintaqa başlayıb.


Onu da bildirək ki, iddialara görə, hökumətin təlimatı ilə “Əhrar-i Şam” və hazırda fəaliyyət göstərən İŞİD tərkibində döyüşən müxtəlif qruplardan olan terrorçular silah-sursatla birlikdə Türkiyə torpaqlarından keçib. İddialarda Hatay əyalətinin Reyhanlı mahalı qarşısında terrorçular silahlarla birgə avtobuslara mindirilərək Adana-Qaziantəp şosesi ilə Akçakalədəki Suriya sərhədinə aparıldığı bildirilir.

Aparılan araşdırmalar nəticəsində avtobus firmasının Milli İstihbarat Təşkilatı ilə müqaviləsinin olduğu ortaya çıxıb.

Qeyd edək ki, bu hadisə Adana-Qaziantep yolunda yanvarın 10-da bir əməliyyat nəticəsində ortaya çıxıb.


Suriyaya silah və sursat aparan yük maşınlarına edilən baxışda külli miqdarda silah-sursatın aşkarlanması hələ o vaxtdan ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

Türkiyə mətbuatında yer alan xəbərlərdə şahidlərdən birinin verdiyi məlumatda terrorçuların doğurdan da bu bölgələrdən keçərək Suriyaya getməsi öz əksini tapır. Şahidin sözlərinə görə, İŞİD ilə Ərdoğan arasında bağlılıq var: “Baş nazir Ərdoğanın İŞİD-ə terrorçu demədiyi müzakirə edilir. Əlbəttə bunun səbəbləri var. Çünki əlaqələri var. Hökumətin və kəşfiyyatın Suriyada ən sıx əlaqədə olduğu “Əhrar-i Şam” təşkilatıdır. Bu təşkilata hər cür kömək edilir. Ayrıca, Türkiyə torpaqlarından istifadə etməklə silah-sursat daşıyan xüsusi qruplar var. Bu qruplardan bir çoxu hazırda İŞİD-ə xidmət edir. “Əhrar-i Şam” Suriyada İŞİD ilə qarşıdurmalara girsə də, İraqda belə bir vəziyyət yoxdur. Bu təşkilatlar hər ölkədə fərqli əlaqələr qurur. Daha doğrusu, bu təşkilatlar, əmr edən qüvvələrin təlimatına görə hərəkət edirlər”.


Şahidin sözlərinə görə, terrorçuların Türkiyə ərazisindən istifadə etməsinə səbəb buranın təhlükəsiz olmasıdır: “Terrorçular Suriyanın daxilində maneələrə rast gəlməsinlər deyə, Akçakalədən istifadə edirlər. Akçakalə Suriyanın sərhədində yerləşir. Hazırda ora İŞİD-in nəzarətindədir. Terrorçuların da birbaşa ora getməsi İŞİD-hökumət əlaqələrinin olduğunu bir daha sübut edir”.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanda da Suriyaya gedən döyüşçülərin əksər hissəsinin məhz Türkiyə ərazisindən keçərək İŞİD qüvvələrinə qoşulduğu xəbərləri yayılmışdı./axar/
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28