Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

İraq ordusu “İslam Dövləti”nin ərəbistanlı müftisini öldürüb

İraq ordusunun ölkənin Səlahəddin əyalətinin Tikrit şəhəri ərazisində apardığı əməliyyatlarda “İslam Dövləti” (DAİŞ) terror təşkilatının 100-dən çox üzvü ölüb və yaralanıb.

"SumariaNews”un verdiyi xəbərə görə, əməliyyatlarda təşkilatın Səudiyyə Ərəbistanından olan müftisi Əbu-Usamə əl-Qəhtani də öldürülüb.

Ordu qüvvələri Neynəva əyalətinin Mosul şəhəri ərazisində də əməliyyatlar aparıb. Burada hərbi təyyarələrin şəhərin Eynul-Cəhş qəsəbəsi ərazisində silahlıların “Ömər Briqadası”nın lideri və daha 28 üzvünü məhv etdiyi deyilir.

Bildirək ki, hazırda ən şiddətli qarşıdurmalar və əməliyyatlar Tikrit ərazisində gedir. Ordu qüvvələri şəhərin giriş və çıxış bölgələrini nəzarətə alaraq bir neçə istiqamətdən buraya girməyə hazırlaşır./SalamNews/
1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı