Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Eldar Əzizov iki əlini itirmş şəxsi 3 ildir qəbul etməkdən imtina edir

Döyüş tapşırığını yerinə yetirərkən əlil olan Xəzər Mirzəyevin 20 kv.m torpaq almaq üçün müraciətlərinə isə əhəmiyyət verən yoxdur

Sumqayıt şəhər sakini, 1-ci qrup əlil Xəzər Mirzəyev şəhər icra başçısı Eldar Əzizovla 3 ildir ki, görüşə bilmir. Bu barədə Tərtərdə hərbi tapşırığı yerinə yetirərkən iki əlini də itirmş əlil özü məlumat verib.

Sumqayıtdakı 5-ci mikrorayon, ev 8/12, mənzil 200-də yaşayan 1-ci qrup əlilin elə böyük istəyi yoxdur. O deyir ki, Eldar Əzizovla görüşməkdə məqsədi kommersiya məqsədi ilə 20 kv.metr torpaq sahəsi almaqla bağlıdır. Belə ki, o, faktiki olaraq fiziki imkanları məhdud olduğundan başqa işlə məşğul ola bilmədiyindən ailəsini dolandırmaq üçün yalnız yüngül işlər görmək məcbəriyyətində qalıb. Üstəlik, qanunverciliyə görə, müharibə şəraitində əlil olmuş şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görülməlidir ki, onlardan biri də torpaq sahəsi ilə təmin olunmadır.

Xəzər Mirzəyev 3 ildir görüşə bilmədiyi Eldar Əzizovdan şikayətçi düşərək, ondan yuxarı dairələrə yazmaq fikrindədir. Amma ümid edir ki, mətbuat vasitəsi ilə bəlkə Sumqayıtın icra başçısının qəbuluna düşmək səsini çatdıra bildi.

Qeyd edək ki, iki əlindən də məhrum olan Mirzəyev ailəlidir və bir uşağı var. Üstəlik, kirayədə yaşayır. Və bu qədər üst-üstə düşən məqama rəğmən, Eldar Əzizovun onu qəbul etməməsi qətiyyən başa düşülən deyil./jam/
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP