Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2014

Evlərimizi atəşə tutdular

Ermənistan hərbi birləşmələri Tovuzun Əlibəyli kəndini atəşə tutublar.

Kənd sakinlərinin verdikləri məlumata görə, erməni silahlı birləşmələri ötən axşam saat 22 radələrindən kəndi atəşə tutublar. İntensiv atəş 15 dəqiqəyə yaxın çəkib. Atışmada ölən və yaralanan olmasa da, kənddəki evlər zərər görüb.

Sakinlərin bildirdiklərinə görə, hazırda kənddə sakitlik hökm sürür.

Xarırladaq ki, erməni silahlı bölmələri sırağa gün də Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açıblar.
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı