Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Obamanın reytinqi ən aşağı nöqtəyə düşüb

Barak Obamanın reytinqi hakimiyyəti dövrü üzrə ən aşağı nöqtəyə düşüb. Ans-in verdiyi məlumata görə, bunu “Wall Street Journal” qəzeti ilə “NBC” telekanalının birgə keçirdiyi sosioloji sorğu ortaya çıxarıb.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu cür zəif göstəricilər amerikalıların ölkəni bürümüş büdcə böhranından narazılığını əks etdirir. Ay ərzində reytinq 5 bənd aşağı düşüb. Oktyabrın əvvəlində prezidentin fəaliyyətini 47% adam uğurlu sayırdı. 2012-ci ilin sonunda isə bu rəqəm 52%-ə bərabər idi.

İlk dəfədir ki, Obamanın siyasətini mənfi sayanların sayı müsbət sayanları üstələyib. Bundan başqa 40 il ərzinədə ilk dəfədir ki, rəyi soruşulanların yalnız 30%-i ABŞ siyasi sisteminin gələcəyi barədə optimizm nümayiş etdirir.
2138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı