Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Avropada rekord işsizlik

Avropada son bir ayda 61 min adam işsiz qalıb. Avropa Birliyinə daxil olan ölkələrin ümumi göstəricilərinə əsasən işsizlik nisbəti 12 %-i keçib. Son bir ayda ən çox işsizliklə üzləşənlər isə Yunan Kiprinin vətəndaşları olub.

Ümumilikdə avrozonada işsiz qalanların sayı 27 milyonu ötüb.

Ötən illə müqayisədə birliyin tərkibində olan 28 üzv ölkənin 16-da işsizlərin sayı artıb. İşsizlərin ümumi statistikasına əsasən Yunanıstan və İspaniya ilk pillələrdə qərarlaşıb. Daha sonrakı yeri isə Xorvatiya tutub. Bununla yanaşı avropa ölkələrində hər 4 gəncdən biri işsizdir. Gənclərin işsizlik sayı 5 milyondan çoxdur. Yunanıstan və İspaniyada isə vəziyyət daha acınacaqlıdır. Belə ki, bu ölkələrdə gənclərin işsizlik nisbəti 50 % ötür. /ans/
2265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02
02 dekabrda gözlən