Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Bu gün Bəşər Əsədin andiçmə mərasimi keçiriləcək

İyulun 16-də Dəməşqdə Bəşər Əsədin andiçmə mərasimi keçiriləcək.

Suriyada üçüncü müddətə prezident seçilən B.Əsəd öz səlahiyyətlərinin icrasına başlayır.

Məlum olduğu kimi, iyunun 3-də Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsəd 88,7% səslə qalib gəlib.

2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib. Nəticədə Bəşər Əsədlə prezident postu uğrunda solçu deputat Mahir Abdul və sabiq nazir, iş adamı Həsən ən-Nuri mübarizə aparıblar.

Bundan əvvəl Bəşər Əsəd iki dəfə, 2000 və 2007-ci illərdə ümumxalq referendumun nəticələrinə görə prezident postunu tutub. Bəşər Əsədin inauqurasiya mərasimində geniş çıxışı nəzərdə tutulub.
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber