Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 25 il ötür

Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 25 il ötür.

AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.

AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar./apa/
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber