Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Anti-İran sanksiyaları ABŞ-a 175 milyarda başa gəlib

İran - Amerika milli şurası elan edib ki, ABŞ iqtisadiyyatı İİR-ə qarşı sanksiyalar ucbatından 175,3 milyard dollar dəyərində zərər görüb. Time həftəlik nəşrinin xəbərində bildirilir ki, Vaşinqtonun İİR-ə qarşı sanksiyaları 1995-ci ildən bu yana Amerika iqtisadiyyatına böyük həcmdə ziyan verib. Araşdırmalar göstərir ki, Amerika şirkətləri və sahibkarları bu müddət ərzində iranlılarla əməkdaşlıqdan imtina etməklə potensial İran eksportundan 137-dən 175 milyard dollara qədər, bundan əlavə ortalama 51-66 min arası iş yeri itiriblər. Mövcud ziyan əsasən Kaliforniya və Texas ştatlarına dəyib.

Avropa ölkələri arasında isə anti-İran sanksiyalarından ən çox ziyan görən ölkə Almaniyadır. Bu iqtisadi Avropa nəhənginə 23-73 milyard dollar ziyana başa gəlib. İran -Amerika milli şurası Barak Obama administrasiyasından Vyanada keçiriləcək İİR və 5+1 görüşlərində bu rəqəmləri nəzərə almasını təklif edib./ans/
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43