Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Bütün sanksiyaların tamamilə ləğv edilməlidir

Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin üzvü, xarici işlər nazirinin müavini Abbas Əraqçi iyulun 14-də jurnalistlərlə görüşündə 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə müzakirələrdən söz açıb.
Abbas Əraqçi deyib ki, İran Qərbin ölkəyə tətbiq etdiyi bütün sanksiyaların biryolluq ləğvini tələb edir: “Biz Qərbin ölkəyə qoyulan sanksiyaların ilk mərhələdə təxirə salınması, sonrakı mərhələlərdə tədricən ləğv olunması ilə bağlı təklifini rədd etmişik. Qərb bizdən danışıqlarda böyük güzəştlər gözləyir. Biz isə hesab edirik ki, Qərb də bunun müqabilində ölkəmiz üçün böyük addımlar atmalı, müəyyən güzəştlərə getməlidir. Biz ölkəyə qoyulan bütün sanksiyaların biryolluq ləğvini tələb edirik. Onlar sanksiyaların əvvəlcə təxirə salınmasına, sonra isə tədricən ləğvinə razılaşırlar. Bu isə bizim üçün qəbuledilməzdir”.
İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarının 6-cı, sonuncu mərhələsi iyulun 1-də başlayıb. Danışıqların ən çətin və həlledici dövrü sayılan bu mərhələ 20 gün davam edəcək./musavat/
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12