Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

AXCP-nin qərargahı ilə bağlı 3 milyon yarımlıq iş uzadılır

Namizəd Səfərov: «Binanın yerində heç nə qalmayıb, hamısı dağıdılıb, ekspertiza nəyi qiymətləndirəcək?»

Hüquqşünas Namizəd Səfərov 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə rəsmi şəkildə müraciət edərək, baxdığı iş üzrə təyin olunan əmtəəşünaslıq ekspertizasının keçirilməməsini istəyib. 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində AXCP-nin partladılaraq, ertəsi gün sökülmüş qərargahının sahibi Azər Əsgərovun şikayəti üzrə işə baxılır. Azər Əsgərov Nərimanov Rayon Icra Hakimiyyətini mülkünün qanunsuz sökülməsində ittiham edərək, məhkəməyə müraciət edib, ona dəymiş ziyana görə ümumilikdə 3 milyon 500 min manat təzminat ödənilməsini istəyir.

Məhkəmə daşınmaz əmlakın və mülkün içərisində olan əşyaların qiymətləndirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edib.

Azər Əsgərovun hüquqlarını müdafiə edən Namizəd Səfərov deyib ki, məhkəməyə göndərdikləri ərizədə yeni ekspertizanın heç bir əhəmiyyət kəsb etmədiyini, bəhanə xarakteri daşıdığını nəzərə çatdırıblar: “Çünki binanın yerində heç nə qalmayıb, hamısı dağıdılıb. Ekspertiza nəyi qiymətləndirəcək? Toplanmış sübutlar kifayət edir ki, məhkəmə və ya icra hakimiyyəti əmlakın dəyərini özü müəyyənləşdirsin. Ona görə bir daha bəyan etdik ki, əmtəəşünaslıq ekspertizası keçirilməsi haqqında qərar işi uzatmaq məqsədi daşıyır. Bu ekspertiza rəyi bizə yeni heç nə verməyəcək”./azadlıq/
1100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı