Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Naxçıvandakı hərbi hissədə zabit öldü

Azərbaycan Ordusunun leytenantı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin zabiti, leytenant Vüsal Arif oğlu Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Qurbanov Babək rayonundan xidmətə çağırılıb./apa/
1452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.