Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Masallıda icra nümayəndələrindən niyə 2000 manat yığılır?

Bakıda keçirilən yarmarkalara qatılmaq istəməyən yerli məmurlar isə əlavə 30 manat verməlidirlər

Masallıda yerli icra nümayəndələrindən 2000 manatdan pul yığılır. İllik qəzetpulu adı altında toplanan bu məbləğin konkret olaraq mətbuat orqanlarına abunə olunub, olunmamasına sərf edilməsi isə sual altındadır.

Məlumatda deyilir ki, kənd İcra Nümayəndələri rəhbərlərinin yığımı və xərcləri bununla bitmir. Həmçinin bayramlarda şəhid ailələri və kasıblara 500 manat həcmində bazarlıq edilərək, verilməsi xərcləri də onların üzərindədir. Eyni zamanda, Masallıda keçirilən əksər dövlət tədbirlərinin maliyyələşməsi də onların üzərinə qoyulub.

İşin ən maraqlı tərəfi odur ki, yerli icra nümayəndələri başqa bir xərcə də düşürlər. Rayon icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlı Bakıda keçirilən yarmarkalarda icra nümayəndələrinin iştirakını zəruri və məcburi hesab edir. Amma bu yarmarkalara qatılmaq istəməyənlər də olur. Bu istəkdə olanların isə 30 manat vermələri şərtdir. Əks təqdirdə, onların imtina haqları əllərindən alınır./jam/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP