Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

“Dedi ki, Türkiyəyə gedirəm”

Ermənilərin öldürdüyü deyilən Həsənin qardaşı: “Dedi ki, Türkiyəyə gedirəm”

Cəbrayıl sakininin ailə üzvləri BQXK-ya və Dövlət Komissiyasına müraciət edib

Erməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.

Bu barədə Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşı Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub: “Biz qardaşımızın Kəlbəcərə getməsindən xəbərsiz olmuşuq. O bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs bizim qardaşımız Həsən Həsənovdur. Mənim qardaşım müharibə başlayandan sonra birinci dəfədir ki, Kəlbəcərə gedib. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. Həsən taksi sürücüsüdür, yaşadığı Binəqədi rayonunda mağazası var. Onun Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğu bilmirik”.

N.Həsənov qardaşının taleyi faktı ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına ötən gün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur./apa/
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38
"Hələb tezliklə