Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

İsa Qəmbərə yumurta atanlar Masallıda polisə bıçaq çəkdilər

Vüqar və oğlu İlqar Eynullayevlərin icra başçısının müavini Nəsir Muxtarlının himayəsinə sığındıqları deyilir

Bu gecə saat 00.30 radələrində Masallı rayonu Heydər Əliyev parkının yaxınlığında avtomobil qəzası baş verib. Olay nəticəsində yolun bir hissəsi bağlı olub.

Bu zaman həmin ərazidə növbə çəkən Post Patrul Xidmətinin əməkdaşları avtomobil yolundan keçən "Prirora" markalı minik avtomobilinə yolun səmtini dəyişməyi xahiş ediblər. Lakin bu göstəriş "Prirora"nın sürücüsünə xoş gəlməyərək PPX əməkdaşını söyərək yoluna davam edib.

Çox keçmədən "Prirora" markalı avtomobil Heydər Əliyev parkının qarşısında peyda olur. Sürücü Eynullayev İlqar Vüqar oğlu avtomobildən yerə düşərək əlindəki bıçaqla ərazidə xidmət aparan polis serjantı Həsənov Vüqara hücum çəkərək təhqiramiz söyüşlər işlədir. Polis serjantı V.Həsənov hadisə ilə bağlı Masallı RPŞ-nə müraciyyət etsədə xuliqanlıq edən İ.Eynullayev saxlanılmayıb.

Qeyd edək ki, xuliqanlıq edən İ.Eynullayev Masallı rayon icra başçısının müavini Nəsir Muxtarlının həmkəndlisidir. Eyni zamanda, onunla yüksək səviyyədə münasibətlərə malikdirlər.

Vüqar Eynullayev Qarabağ müharibəsi veteranıdır. İndiyə qədər rayonda bir sıra bu cür qalmaqallı əmələ imza atıb. Lakin hər dəfəsində Nəsir Muxtarlı tərəfindən vəziyyətdən çıxarılıb. Son olayla bağlı Masallı Polis Şöbəsində də cinayət işinin açılmamasına səbəb elə bu amil göstərilir.

Eyni zamanda, o da məlum olub ki, Vüqar və oğlu İlqar son prezident seçkilərində İsa Qəmbərə Cənub bölgəsinə səfər edərkən, yumurta atan dəstənin başında dayanan şəxs olublar./jam/
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı