Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Bəşər Əsəd Qurana əl basdı

Suriyada ötən ay keçirilən prezident seçkisindən sonra yenidən dövlət başçısı seçilən Bəşər Əsəd and içib.

Prezidentin inauqurasiya mərasimi keçirilib. Dövlət televiziyası B.Əsədin qırmızı xalıdan keçərək xristian və müsəlman din xadimləri ilə parlamentə girməsini, Qurana əl basaraq and içməsinin görüntülərini yayımlayıb. Dövlət başçısı konsitutsiyaya sadiq qalacağı barədə and içib.

Daha sonra o çıxış edib. O, terroru dəstəkləməkdə ittiham etdiyi qərb və ərəblərin bunun cavabını verəcəklərini deyib, Suriyadakı kirli savaşı bitirmək üçün ona səs verənləri alqışlayıb.

"Bəzilərinin azadlıq çağırışları üzərindən 3 il 4 ay keçib. Onlar inqilab istədiklərini deyirdilər, ancaq əsl inqilabçılar sizlərsiniz. Yolunu azanlar indi hər şeyi daha aydın görürlər. Maskalar düşdü və qorxunc üzlər üzə çıxdı".

Qeyd edək ki, Suriyada prezident seçkisi iyunun 3-də keçirilib. Əsəd 88.7 faiz səs toplayaraq yenidən dövlət başçısı seçilib./ans/
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber