Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

HƏMAS atəşkəs şərtlərini açıqladı

HƏMAS Misirin atəşkəs elan olunması təklifinə öz şərtləri ilə cavab verib.

İşğalçı İsrailin təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyən HƏMAS özünün təklif etdiyi şərtlərin qəbul ediləcəyi təqdirdə atəşkəsin elan oluna biləcəyini açıqlayıb.

HƏMAS-ın təklif etdiyi şərtlər bunlardır:

“Qəzzaya tətbiq olunan embarqonun ləğv edilməsi, “Rifah” Sərhəd məntəqəsinin açılması, 12 iyundan bəri həbs olunanların sərbəst buraxılması, Qəzza sahilində davamlı daraldılan balıq ovu sahəsinin genişləndirilməsi, İsrailin Fələstinin daxili işlərinə qarışmaması”.

Qeyd edək ki, HƏMAS-ın şərtlərinə hələlik cavab verməyən İsrail tərəfi atəşkəs elan olunması üçün öz şərtlərini irəli sürmüşdü. Şərtlərinə gəlincə isə, İsrail quru əməliyyatlarını dayandıracağına, gediş-gəlişin bərpa olunacağına zəmanət verərək əhalinin yaşadığı bölgələrə hava zərbələri endirməyəcəyini və qarşılığında HƏMAS-ın zəmanət verərək İsrailə raket zərbələri yağdırmayacağını təklif etmişdi.
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber