Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

Gözlənilən müqavilə imzalandı

BRİCS ölkələri 100 milyard dollar büdcəsi olan bankın yaradılması üçün müqavilə bağlayıb.

Dünyada yeni güc mərkəzi yaratmaq istəyən BRİCS ölkələri qlobal iqtisadiyyatda Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna (BVF) güclü rəqib olacaq “İnkişaf Bankı” yaratmaq üçün razılığa gəlib.

Braziliyanın Fortelaza şəhərində reallaşan imza mərasimində Rusiya prezidenti Vladimir Putin və BRİCS ölkə liderləri iştirak edib. Tədbirdə liderlər dünya siyasətində yaşanan problemləri və ticarət, investisiya, maliyyə və iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.

Tədbirdə çıxış edən Braziliya prezidenti Dilma Rousseff bankın quruluşunun qlobal maliyyə vəziyyətinin inkişafı üçün əhəmiyyətli addım olduğunu deyib. O, yeni bankın mərkəzinin Şanxay şəhərində olacağını elan edib.

Qeyd edək ki, razılaşmanı Rusiya tərəfdən imzalayan Maliyyə naziri Anton Siluanov 100 milyard dollarlıq bankın sərmayəsinin 50 milyard dollar olacağını açıqlamışdı.
Lakin imza mərasimindən sonra Çinin 41 milyard dollarla aslan payına sahib olacağı, Rusiya, Braziliya və Hindistanın hər birinin 18 milyard dollar və Cənubi Afrikanın isə 5 milyard dollarlıq sərmayə qoyacağı məlum olub.

İdarəçiliyə gəlincə isə, bankı birinci il Hindistan idarə edəcək. Bankın idarəçilik strukturuna hər ölkənın Maliyyə naziri və ya Mərkəz Bankının başçıları daxil edilib.

Bank əhatəsini genişləndirərək BRİCS ölkələrindən başqa Meksika, Argentina və İndoneziya kimi sürətlə inkişaf etməkdə olan ölkələrin üzvlüyünə də açıq olacaq.

Xatırladaq ki, dünya əhalisinin 42 faizinin yaşadığı ölkələrin yaratdığı bu təşkilat dünya iqtisadiyyatının 20 faizini əlində cəmləşdirir. BRİCS ölkələri arasında ümumi ticarət həcmi 6,14 trilyon dolları keçir. Bu da dünya ticarət həcminin təxminən 17 faizi deməkdir.
1367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu