Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2014

ABŞ-da dindar yəhudilər İsrailə etiraz edir

ABŞ-da yaşayan yəhudi icmaları İsrailin Qəzza hücumlarına sərt reaksiya göstərib.

Onlar bildiriblər ki, İsrailin bu tədbirləri həm beynəlxalq hüquqa, həm də yəhudi qanunlarına ziddir. Bu barədə Hafta.az Anadolu agentliyinə istinadən xəbər verir.

Nyu-Yorkda müxtəlif din və millətlərdən olan insanlar, qeyri-hökumət təşkilatları nümayəndələrinin İsrailə etiraz aksiyaları davam etdir.

Etiraz nümayişlərinə müsəlmanlarla yanaşı, dindar yəhudilər də qatılıb.

Nümayişlərə dəstək verən yəhudi icmalarından biri olan “Sionizmə qarşı yəhudi birliyi”ndən Haham Dovid Veiss Qəzza əhalisinə dəstək olduqlarını bildirib. O, İsrailin hücumlarını böyük günah adlandıraraq əsl yəhudilərin buna qarşı olduqlarını qeyd edib:

“İsrailin Qəzzaya hücumları yəhudiliyin əsasına və Tanrıya qarşı üsyandır. Tövrat və yəhudi təlimi insanların torpaqlarını təzyiqlə oğurlamağa icazə vermir, İsrail dövlətinə də icazə verməz”.

Haham Dovid Veiss İsrailin Qəzza ilə bağlı mövqeyini “utancverici” adlandırıb:

“Onlar yəhudi deyil. Sionizm yəhudiliyə ziddir. Buna görə də biz İsrailə qarşıyıq. İsrailin tez və sülh çərçivəsində dağılması üçün Tanrıya dua edirik ”.

Onun sözlərinə görə, ABŞ-dakı yəhudilərin İsrailə qarşıdır.

Etiraza qatılan yəhudilər də Fələstin xalqına dəstək olduqlarını bildiriblər.
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...