Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

“Altılıq” və İran arasında danışıqlar bir neçə həftəyə uzana bilər

“Altılıq” və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar bir neçə həftəyə uzana bilər.

“İTAR-TASS”-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

“Əsas məsələlər ətrafında nümayəndə heyətləri arasında ciddi fikir ayrılığı mövcuddur və son günlər ərzində çox intensiv səylərin göstərilməsinə baxmayaraq bu fikir ayrılığını aradan götürmək mümkün olmayıb”, deyə diplomat bildirərək, danışıqların uzadılmasına dair qərarın artıq iyulun 17-də veriləcəyini istisna etməyib.

Bundan əvvəl “altılıq” və İran arasında yekun razılaşmanın iyulun 20-dək əldə olunacağı bildirilirdi./apa/
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31