Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Saatlıda Quba variantı təkrarlana bilər

Siraqəddin Cabbarovun buraxdığı ciddi səhvlər rayonu qarışdıracaqmış, rəhbərlik icra başçısına sonuncu xəbərdarlığını edib

Saatlının icra başçısına xəbərdarlıq olunub. Bu barəbə Xalq.az-a verilən məlumatlarda deyilir ki, Siraqəddin Cabbarova edilən xəbərdarlığa səbəb rayonda yaratdığı mənfi mühit və bir sıra problemli vəziyyətdir.

Mənbənin iddiasına görə, hələ seçkidən əvvəl rayonda bir sıra problemlərin əsasını qoyan Siraqəddin Cabbarov onların əlində qalıb. Bu barədə Prezident Admnistrasiyasına edilən müraciətlərdən dolayı ali instansiya məsələni araşdırmalı olub. Seçkilərdən sonraya təsadüf edən bu araşdırmalardan sonra məlum olub ki, icra başçısının buraxdığı ciddi səhvlər az qala Quba effekti yaradacaqmış. Xoşbəxtlikdən Saatlı əhli hakimiyyətə sədaqətli olaraq, bu cür təxribatlara baş vurmayıb.

Mənbə deyir ki, Saatlının icra başçısına çox qısa vaxt verilib. Ondan tələb olunub ki, yaratdığı problemləri həmin müddət ərzində yoluna qoysun. Əks təqdirdə, ondan istefa ərizəsini tələb edəcəklər.
2111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi