Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

15 yaralı Ukrayna hərbçisi Rusiya xəstəxanasına yerlşədirilib

Ukraynanın 15 yaralı hərbçisi Rusiyanın Rostov vilayətindəki xəstəxanaya çatdırılıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Vilayət Sərhəd İdarəsinin məlumatında bildirilir.

Bundan əvvəl Rostov vilayəti Səhiyyə İdarəsindən agentliyə bildirilmişdi ki, 16 yaralı hərbçi Ukrayna ərazisindən Rostov vilayətinin Qukovo rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.

Rusiya FTX-nın məlumatına görə, bu gün saat 16.00-da (Bakı vaxtı ilə 17.00-da) əllərində ağ bayraq tutan Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ukraynanın “Çervonopartizansk” nəzarət-buraxılış məntəqəsi istiqamətindən dövlət sərhəd xəttinə doğru gələrək yaralı hərbçilərə tibbi yardım göstərilməsini xahiş ediblər.

“15 yaralı hərbçi Rostov vilayətinin Qukovo şəhərinin tibb müəssisələrinə çatdırılıb”, deyə FTX-nın məlumatında bildirilib./apa/
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber