Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Polis bayrağı endirmək istəyəni vurub

Antalyada polis bağçasındakı Türkiyə Bayrağını endirməyə çalışan 19 yaşlı Çingiz Önkol polis tərəfindən ayağından vurulub.

Habertürk-ün məlumatına görə, hadisə Antalyanın Muratpaşa bölgəsinin Bahçelievlər polis mərkəzində baş verib.

Növbətçi polisin xəbərdarlığına məhəl qoymayan Ç.Önkol bayrağı endirməyə qalxıb. Bu zaman polis iki dəfə havaya xəbərdarlıq atəşi açıb. Buna rəğmən o, işinə davam edib. Polis onu sağ ayağından vuraraq, zərərsiz hala gətirib.

Məsələ ilə bağlı araşdırma aparan polis Ç.Önkolun asayişi pozması ilə bağlı çoxlu sayda suçu olduğunu müəyyənləşdirib.
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber