Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Avtobus qəzaya uğradı

Şirvanda avtomabil qəzası baş verib. Şirvan şəhərinin Z.Hacıyev küçəsində işiqforun yol ayrıcında minik maşınıyla sərnişin avtobusu toqquşub.

Sabirabad rayon sakini 1995-ci il təvəllüdlü Samir Məzahir oğlu Məcidovun idarə etdiyi “VAZ-21011” markalı avtomabil ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn sərnişin daşıyan “PAZ” markalı avtobusla toqquşub.

Nəticədə avtobus sürücüsü idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Yararsız hala düşən avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü Rasim Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib./ans/
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber