Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

"Ərdoğan Bakını ermənilərlə şantaj edir"

Türkiyənin fəal millət vəkillərindən olan İdris Bal Türkiyə Böyük Millət Məclisində düzənlədiyi mətbuat konfransında Azərbaycana aid sensasiyalı açıqlama ilə çıxış edib.

Mətbuat konfransını AKP iqtidarını kəskin dillə tənqid üzərində quran İdris Bal Türkiyənin mövcud iqtidarını Azərbaycanı ermənilərlə şantaj etməkdə suçlayıb. O, İddia edib ki, bu iqtidar Azərbaycandakı Fətullah Gülən məktəblərini qapatmaq uçun rəsmi Bakını yolverilməz və ağlasığmaz bir üsulla təhdid edib. Kütahya müstəqil millət vəkili deyib ki, bu məktəblərin qapanması üçün rəsmi Bakını Türkiyəyə qoyulmuş yatırımlarla və ən əsası da ermənilərlə təhdid ediblər.

Bal iddia edib ki, AKP iqtidarı Bakıya “məktəblər qapanmasa, ermənilərlə sərhədlər, Alican sınır qapısı açılacaq və onlarla münasibətlər normallaşdırılacaq", deyib./musavat/
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
Go to TOP