Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Sisinin hərbi çevriliş görüntüləri üzə çıxıb

Misirdə demokratik yollarla seçilmiş prezident Məhəmməd Mursini hərbi çevrilişlə devirən müdafiə naziri və baş qərargah rəisi Abdulfettah Sisinin çevrilişdən bir qədər əvvəl keçirdiyi yığıncağın görüntüləri yayımlanıb. RASD xəbər agentliyi tərəfindən yayımlanan görüntülərdə Sisinin çevriliş planlarına sadiq komandirlərlə apardığı danışıqlar və verdiyi təlimatlar yer alır, - İHA.

Danışıqlarda Sisi çevriliş ərəfəsində mətbuatın nəzarət altına alımalı olduğunu ifadə edərək "mətbuatı ələ keçirin" təlimatını verir.

Ötən ilin sonlarında çəkildiyi ifadə edilən görüntülərdə Sisi eks-prezident Hüsnü Mübarəkin xalq tərəfindən devrildiyi "25 Yanvar" inqilabının orduya böyük zərbə vurduğunu söyləyir. İnqilabın əvvəlində mətbuatın tamamilə ordunun nəzarətində olduğunu dilə gətirən Sisi, yenidən mətbuata hakim olunmalı olduğunu ifadə edir.

Misir ordusunun varlığını davam etdirə bilməsinin mətbuat üzərində yenidən hakimiyyət qurmaqla olacağını dilə gətirən Sisi, orduya qarşı bir istintaqın başlanmasından narahat olduğunu söyləyir./Deyerler

 

1643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber