Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

"Hacı Cavad" məscidində 1-ci qədr gecəsi keçirilib - Fotolent

Ramazan ayının 19-cu günü Bakıda "Hacı Cavad" məscidində 1-ci qədr gecəsi böyük şövqlə yadda qalıb. Əvvəlcə camaatla birlikdə şam və xiftən namazları qılınıb. Məclis quran qarisi Hacı Ruslanın Qurani-Kərimi tilavəti ilə başlayıb.

Məscidin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov geniş moizə ilə çıxış edib, Qədr gecələrinin əhəmiyyətindən, bu gecənin fəziləti, nəql olunan hədislər barədə məlumat verib. Quranı baş üzərində tutmaqla Allahın, Peyğəmbərin (s) və imamların adlarına and verməklə günahların bağışlanması istənilib. “Cövşən-kəbir” duası oxunub.

Sonda məscidə gələnlərə imsak verilib. Mərasim sübh namazının camaatla qılınması ilə başa çatıb./interaztv.com/










1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber