Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

"Qəzza və Suriyaya hücum edənlər eyni hədəfə qulluq edirlər"

Bəşər Əsəd: "Qəzza və Suriyaya hücum edənlər eyni hədəfə qulluq edirlər"

“İran, Rusiya və Çinə suriyalıların suverenliyinə verdikləri dəstəyə görə təşəkkür edirik”. İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

O, bu gün Dəməşqdə keçirilən andiçmə mərasimindən sonra çıxışı zamanı gələcək 7 il ərzində hökumətinin prioritet məsələlərini açıqlayıb.

“Bundan sonra daxili atəşkəsləri dəstəkləyən addımları artıracağıq. Suriyaya qarşı terrorizmi müdafiə edənlər bilsin ki, bu bəla bir gün onların özünə qayıdacaq. Necə ki, qayıdır da. Bu gün Qəzza və Suriyaya qarşı atılan addımlar eyni hədəfə qulluq edir və bu İsrailin təhlükəsizliyidir. Biz İran, Çin və Rusiyaya suriyalıların suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edirik”.

Suriya prezidenti çıxışı zamanı “Hizbullah”a da təşəkkür edib və onları vəfalı qardaşlar adlandırıb.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı