Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Cəlilabadda mal-qaralar qırılır

Cəlilabadda iribuynuzlu heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılmaqda davam edir.

Yerli sakinlərin verdikləri məlumata görə, vəziyyət ciddi xarakter aldığından, rayondakı mal-qara alış-verişi üzrə həftə bazarı da öz fəaliyyətini dayandırıb.

Xəstəliyin ən çox yayıldığı ərazi rayonun Alar kəndidir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir və bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Əsasən iribuynuzlu heyvanlar bu xəstəliyə yoluxduğundan, onlar sonradan qidadan belə imtina edirlər. Gündən-günə çəkisi azalaraq xəstəliyə tutulmuş heyvan son nəticədə tələf olur. İndi sakinlər kütləvi şəkildə yayılmış xəstəliyə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmamasından narahatdırlar.

Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev vəziyyətin heç də acınacaqlı olmadığını bildirib: “İndidən hər hansı konkret xəstəlik barəsində danışmaq düzgün olmazdı. Bəli, həqiqətən də bəzi mal-heyvanlarda “nodulyar dermatit” xəstəliyinin nişanələri müşahidə olunmaqdadır. Amma bu, heç də həmin heyvanların məhz "nodulyar dermatit" xəstəliyinə yoluxması demək deyil. Mal-qarada xəstəliyinin dəqiq diaqnozu barədə hər hansı fikir yürütmək isə yalnız laboratoriya müayinələrinin nəticəsindən sonra mümkündür”.

İdarə rəisinin sözlərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşları dünəndən rayona ezam olunublar və indi bütün qüvvələr ayrı-ayrı ərazilərdə heyvanların dezinfeksiya və simptomatik müalicəsi tədbirlərinə yönəlib./apa/
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP