Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2014

Dünyada ən böyük iftar süfrəsi

Artıq müqəddəs Ramazan ayının 19-cu günüdür. Müsəlman dövlətləri bu aya xüsusi olaraq böyük həyəcanla hazırlaşır, bu ayı ibadətlə keçirir və Allahdan günahlarının bağışlanmasını diləyirlər. Müqəddəs Ramazan ayı ilə əlaqədar məscidlərdə, mədrəsələrdə böyük iftar süfrələri təşkil olunur, oruc tutmuş müsəlmanlar iftarlarını bu məclislərə cəm olaraq açırlar.

İnterAz xəbər verir ki, bu il dünyada ən böyük iftar süfrələrindən biri İranın Xorasan əyalətində, imam Rza (ə) məscidinndə təşkil olunub. İmam Rza (ə) məscidi müsəlmanların çox ziyarət etdiyi məscidlər sırasındadır. Burada iftarda verilən qida məsciddə ibadət edən insanlar üçün xüsusi olaraq hazırlanıb.

Müsəlmanlar isə burada olan ab-havadan məmnuniyyətlərini bildiriblər.

Qeyd edək ki, Ramazan ayı ərzində burada bir milyondan çox insan birlikdə iftarlarını açırlar.
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi