Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

"Boeing 777" təyyarəsi vurulub - 295 nəfər ölüb

Ukrayna DİN Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü açıqlayıb

Ukraynanın Daxili İşlər Nazirliyi “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing 777" təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü təsdiq edib.

Ukrayna KİV-lərinin verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bəyan edib.

“280 sərnişin və 15 ekipaj üzvü ölüb”, - Qeraşşenko özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, təyyarəni etirazçıların “Buk” zenit-raket kompleksi vurub.

Təyyarə əməliyyat zonasında qəzaya uğrayıb. Ukrayna prezidenti Pyotr Poroşenko və Donetsk xalq respubliikasının rəsmiləri təyyarəni vurmadıqlarını bildiriblər.
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber