Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

"Sionist rejimi Ümmət qarşısında diz çökdürəcəyik"

HƏMAS: "Sionist rejimi Ümmət qarşısında diz çökdürəcəyik"

Fələstinin HƏMAS hökumətinin sözcüsü Fəhmi Bərhum İsrail rejiminin quru əməliyyatlarına başlaması ilə bağlı bəyanatla çıxış edib. O bildirib ki, İsrail rejimi Qəzzadan böyük itkilərlə çıxacaq. “Sionist işğalçı Qəzzaya qarşı quru əməliyyatlarının əvəzini ağır ödəyəcək. Burada onlar üçün məhvedici cavab hazırlanıb”. HƏMAS sözcüsü həmçinin bildirib ki, onlar İsrail rejimini ümmət qarşısında diz çökdürəcəklər.

"Fələstin xalqı və müqaviməti bu müharibəyə hazırdır. Heç şübhəniz olmasın ki, sionist rejimi Ümmət qarşısında diz çökdürəcəyik".

HƏMAS-ın digər sözcüsü Əbu Zuhri isə bildirib ki, Qəzza sionistlərə məzar olacaq.
Türkiyə də İsrail rejimini quru əməliyyatlarına başladığına görə sərt tənqid edib. Baş nazir Ərdoğanın sözcüsü Hüseyn Çelik, habelə Türkiyə XİN bu əməliyyatları sivil dünyanın "üz qarası" adlandırıb.
İran parlamentinin spikeri Əli Laricani HƏMAS rəhbəri Xalid Məşələ zəng edərək İsrail rejiminin quru əməliyyatlarına başlamasını sərt tənqid edib. O, İranın Fələstin müqavimətinin yanında olduğunu bəyan edib. Laricani Ərəb və İslam dünyasını Qəzzaya dəstək verməyə çağırıb./deyerler/
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41