Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

Hakimiyyət “heroin əməliyyatı”nın altından çıxa bilmir

İqtidarın vəziyyətdən çıxmaq üçün atdığı addımlar uğursuzluğa düçar olur

Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı” gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram maye heroin aşkarlayıb. Olay dərhal ictimailəşdirilib. Özü də beynəlxalq miqyasda. Dünyanın ən nüfuzlu KIV-ləri hadisə barədə məlumat yayıblar.

Azərbaycan tərəfi isə hələ məsələyə rəsmi münasibət bildirməyib. 3 tona yaxın heroinin Azərbaycandan necə keçdiyinə heç bir aydınlıq gətirilmir. Müvafiq qurumlar məsuliyyəti bir-birinin üzərinə atır. Bununla belə hakimiyyət vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atır. Məsələn, hadisədən bir neçə gün sonra dövriyyəyə belə məlumat buraxılıb ki, guya Gürcüstan DIN-in keçirdiyi əməliyyatdan Azərbaycan tərəfinin xəbəri olub. Yəni, maye heroinin Azərbaycandan keçməsi “əməliyyat tədbirləri çərçivəsində” baş tutub. Hökumətin nəzarətində olan KIV-lər bu məlumatı Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin adından yayırlar. Lakin Çikaidzenin nə vaxt, harda bu fikirləri səsləndirdiyi vurğulanmır. Onun bu fikirlərini yayan heç bir mənbə göstərilmir. Sanki Çikaidze hökumətin nəzarətində olan media üçün mətbuat konfransı keçirərək bu fikirləri səsləndirib.

Tutaq ki, həqiqətən də Azərbaycan tərəfi əməliyyata şərikdir. O zaman niyə olay barədə məlumat yayılan ilk günlərdə bu barədə heç bir açıqlam verilmədi? Niyə hüquq-mühafizə orqanları məsuliyyəti bir-birininə üzərinə atdı? Bu sualların da cavabı açıq qalır.

Paralel olaraq hakimiyyət baş vermiş hadisədə Iranı hədəfə alıb. Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında 3 ton heroinə məhz Iranı ittiham edib. Lakin Iran dərhal məsələyə reaksiya verib. Bu ölkənin Azərbaycandakı səfirliyi məlumat yayaraq ittihamların əsassız olduğunu və məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə nota təqdim ediləcəyini bildirib. Iran səfirliyinin açıqlamasında diqqətçəkən bir məqam da var. Açıqlamada vurğulanır ki, Iran Azərbaycana narkotiklərə qarşı birgə mübarizə aparmağı təklif etsə də, rəsmi Bakıdan hələ cavab yoxdur.

Daha sonra isə Gürcüstanın Vergi Xidmətinin “heroin əməliyyatı” ilə bağlı səhvi hakimiyyətin nəzarətində olan KIV-lər tərəfindən həvəslə tirajlandı. Səhv bundan ibarət idi ki, Vergi Xidməti heroinin Azərbaycandan yox, Ermənistandan keçdiyi barədə məlumat yaymışdı. Lakin az keçməmiş Vergi Xidməti səhvini düzəltdi. “Qruziya Online” portalının verdiyi məlumata görə, Vergi Xidmətinin yaydığı press-relizin gürcü dilindəki variantında narkotikin Gürcüstana Azərbaycandan keçirildiyi göstərilib. Ingilis dilinə tərcümədə isə texniki səhvə yol verilib və narkotikin Ermənistandan keçirildiyi yazılıb. Vergi Xidməti səhvin aradan qaldırıldığını və 3 ton heroinin Gürcüstana Azərbaycandan daxil olduğunu bildirib.

Beləliklə, göründüyü kimi hakimiyyətin vəziyyətdən çıxmaq üçün atdığı bütün addımlar uğursuzluqla nəticələnir./azadlıq/
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...