Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

Azərbaycanda bir gündə 6 nəfər suda boğularaq ölüb

Yay fəslinin gəlməsi ilə əlaqədar insanların, o cümlədən gənclərin daha çox üz tutduğu yer dəniz, göl və çaylardır. Lent.az-ın məlumatına görə, bu səbəbdən son günlər dənizdə, o cümlədən çay və göllərdə batanların sayı xeyli artıb. Təkcə ötən gün 6 nəfər suda boğulub.

Belə ki Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinin ərazisində Ağsu rayon sakini Balaxan Gülməmmədov dənizdə çimərkən boğulub və onun meyiti sudan çıxarılıb.

Qəbələ şəhəri ərazisində isə şəhər sakini Coşqun Abdulhüseynov göldə çimərkən batıb. Goranboy rayon sakini Asiman Hüseynov Gəncə çayında, Gəncə şəhər sakini Razim Əhmədov isə Şəmkir rayon Su Elektrik Stansiyasına məxsus göldə çimərkən boğulub.

Salyanda isə əmi və qardaşı oğlu suda batıb. Babazanlı qəsəbəsinin ərazisində Kürdə çimərkən boğulanlar - Azər Əliyev və qardaşı oğlu, 2 yaşlı Sabir batıb. S.Əliyevin meyiti sudan çıxarılsa da, Azərin cəsədinin tapılması üçün tədbirlər görülür.
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51