Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

Ukraynanı hədələdi

“Ukrayna əsgərləri Rusiya ərazisini atəşə tutmağa davam edərsə, layiqli cavabını alacaq”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva bu günə qədər Ukrayna tərəfdən Rusiya ərazisinə açılan atəşləri əsgərlərin qeyri-peşəkarlığı nəticəsində və ya təsadüfən baş verdiyini hesab edirdi.

“Lakin Ukrayna əsgərlərinin Rusiya ərazisini qəsdən atəşə tutduğu üzə çıxsa, həmin obyekti dərhal məhv edəcəyik”, - deyə Sergey Lavrov bildirib.

Qeyd edək ki, iyulun 13-də Ukrayna tərəfdən Rusiya ərazisinə 7 dəfə atəş açılmışdı. Onlardan biri Rostov vilayətində yaşayış evinə dəymişdi. Nəticədə bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdı. Rəsmi Moskva Kiyevdən məsələyə aydınlıq gətirilməsini tələb etmişdi. Kiyev isə atəşin Ukrayna əsgərləri tərəfindən açılmadığını bəyan etmişdi./ans/
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP