Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2014

İsrail Türkiyədə diplomatlarının sayını ən aşağı səviyyəyə salıb

İsrail hökuməti Türkiyədəki səfirlik və Baş Konsulluqda çalışan diplomatlarının sayını ən aşağı səviyyəyə salıb. Bu barədə İsrail mətbuatı yazır.

Xəbərə görə, işğalçı İsrail xarici işlər naziri sionist Aviqdor Liberman bununla əlaqədar təlimat verib. Buna səbəb səfirlik və Baş Konsulluq binalarının qarşısında keçirilən etiraz aksiyalarıdır.

Sionist Libermanın Türkiyədəki səfirlik və Baş Konsulluq işçilərinin ailələrinin də İsrailə geri qayıtması barədə tapşırıq verdiyi bildirilir.

İsrail mətbuatında yayılan xəbərlərə görə, Liberman Türkiyə təhlükəsizlik qüvvələrinin İsrailin diplomatlarını layiqincə qorumadığını deyib. Nazir bu məsələ ilə bağlı Türkiyə hökumətinə nota göndərilməsi barədə təlimat verib.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15