Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

Ramzan Kadırov Doku Umarovun meyitinin şəklini paylaşıb

Ramzan Kadırov “Instagram” səhifəsində Doku Umarovun meyitinin şəklini paylaşıb

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “Instagram” səhifəsində çeçen silahlılarının komandiri Doku Umarovun meyitinin şəklini dərc edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Kadırov qeyd edib ki, o, Umarovun xüsusi əməliyyat zamanı öldürüldüyünü bundan əvvəl də dəfələrlə bəyan edib, lakin güc qurumlarının bəzi nümayəndələri və KİV-lər bu məlumata şübhə ilə yanaşıblar. "Bu siçovulun sağ olduğuna hələ də inananlar üçün mən onun meyitinin şəklini təqdim edirəm", deyə Kadırov səhifəsində qeyd edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bundan əvvəl Doku Umarovun dəstəsinin hələ 2013-cü ilin sonunda məhv edildiyini bildirmişdi./apa/


1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi