Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

12 gün ərzində 270 fələstinli ölüb, 2210 nəfər yaralanıb

İşğalçı İsrail ordusunun Qəzzanın şərq sərhədindəki bölgələri bombardman etməsi nəticəsində 4 uşaq ölüb, 14 nəfər yaralanıb.

Ölən uşaqlardan 2-si qardaşdır. Qəzzanın şimalına toplardan açılan atəş isə eyni ailədən 5 nəfərin həyatına son qoyub.

Fələstinin Səhiyyə Nazirliyi İsrailin iki günlük quru əməliyyatı nəticəsində 44 nəfərin öldüyünü, 410 adamın yaralandığını açıqlayıb. Son 12 gün ərzində isə Qəzzanın müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində 270 adamın öldüyü, 2210 nəfərin yaralandığı bildirilir. Ölənlərdən 66-sı uşaq, 27-si qadındır.

BMT-nin baş katibi Pan Gi Mun Qəzzada gərginliyin artması ilə əlaqədar bu gün bölgəyə səfər edəcək. BMT rəhbərinin Qəzzaya gedib-getməyəcəyi və səfərin neçə gün davam edəcəyi ilə bağlı məlumat yoxdur.

HƏMAS-ın hərbi qanadı bəyan edib ki, müharibə uzun çəkəcək və fələstinlilər buna hazır olmalıdırlar. HƏMAS lideri Xalid Məşəl bildirib ki, Qəzzada sülh yaınız onlarln bütün tələbləri yerinə yetirildikdən sonra mümkündür. Tələblər arasında hərbi əməliyyatların dayandırılması, üç israilli yeniyetmənin ölümündən sonra tutulanların azad edilməsi və Qəzzanın blokadasının dərhal aradan qaldırılması var.
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı