Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

Rusiyaya gedən azərbaycanlılar test imtahanı verəcək

Bundan sonra Rusiyaya iş dalınca gələn miqrantlar rus dili ilə yanaşı, tarix və digər fənlərdən də test imtahanı verəcək.

Bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Miqrantlar üçün 4 hissədən ibarət test imtahanları olacaq. İlkin olaraq miqrant kiçik həcmli yazı mətnlərini oxumağı bacarmalıdır.

Leksikonda ən azı 850 söz olması vacib şərtlərdən biridir. İkinci test Rusiyanın tarixinə aiddir. Rusiyada işə düzəlmək istəyən şəxs əsas tarixi şəxsləri tanımalı, ölkədəki dini icmalardan, onun yerli adət-ənənələrindən anlayışlı olmalıdır. Konstitusiyanı bilmək də vacibdir.

Testin 3-cü hissəsi məhz konstitusiyaya aid olan suallarla bağlıdır. Dördüncü hissə Rusiya qanunları və miqrantların hüquqi cavabdehliklərini əhatə edən suallardır. İmtahandan keçənləri xüsusi sertifikat veriləcək.
1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP