Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

“İran və Türkiyə bölgənin iki böyük və güclü ölkəsidir”

İran və Türkiyə bölgənin iki böyük, güclü və proseslərə təsir edə biləcək ölkəsidir.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü səhər İstanbulda jurnalistlərə deyib. Bu barədə İRNA agentliyi məlumat verir.

Zərif deyib ki, Türkiyəyə səfəri zamanı bu ölkənin Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayıb Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşlər keçirəcək. Həmin görüşlərdə müxtəlif məsələlər, o cümlədən ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə ediləcək.

“İran və Türkiyə bölgəinin iki böyük, güclü və proseslərə təsir edə biləcək ölkəsidir. İki ölkə bir-biri ilə fikir mübadiləsi aparmaqla və əməkdaşlıq etməklə bölgədəki gərginliklərin həllində təsiredici rol oyna bilər və regionda sülhün və əmin-amanlığın təmin olunması üçün iş görə bilər”.

İran XİN rəhbərinin Türkiyəyə səfəri bu gün başlayıb və sabahadək davam edəcək./Trend/
1894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber