Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2014

HƏMAS yeni əməliyyata hazırlaşır

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının sözcüsü Əbu Ubeydə İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı "Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün daha çox səy göstərəcəyik" dedi. Əbu Ubeydə “Əl Əqsa” televiziya kanalında yayımlanan çıxışında "Düşmənimiz İsrail bu döyüşdə ölülərini basdırmağa, yaralılarını gizləməyə, zərərlərini örtməyə davam edəcək. Biz hədəflərimizi yaxşı bilirik və bu düşmənimizə acı verir" deyə rəy bildirib.

"Minlərlə mücahidimiz döyüşə qatılmaq üçün hazır gözləyir" deyən Əbu Ubeydə sözlərini belə davam etdirib: "İsrail, xalqımıza qarşı hücumlarını saxlayana və haqqlarımızı tanıyana qədər hər yerdə vurmağa davam edəcəyik. Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün daha çox səy göstərəcəyik".

Əbu Ubeydə "Bütün dünya nələr edə biləcəyimizi gördü. Çətin şərtlərə və mühasirəyə baxmayaraq mərmilərdənpilotsuz hava vasitələrinə qədər bir çox mövzuda müvəffəqiyyət göstərdik. Bizim üçün bunların ümmətə bir nümunə olması belə kifayətdir" deyə sözünü bitirib.
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı